Cəmiyyət

Qazaxda 27 yaşlı gəlin güllələnib, Oğuzda isə bədbəxt hadisə baş verib - VİDEO

14 Aprel 2018 21:14
0 Şərh     Baxış: 2 776

Qazaxda güllələnmə hadisəsi olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, insident Yuxarı Salahlı kəndində baş verib. 27 yaşlı Mehriban Məsimova gecə saatlarında yaşadığı evdə güllələnib.

Xəsarət alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Əməliyyata alınan Mehriban Məsimovanın bədəninin müxtəlif nahiyələrindən 4 ədəd metal qırma çıxarılıb.

Yaxınlarının dediyinə görə, hadisə qadının yaşadığı evdə gecə 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəşlə baş verib. Mehriban Məsimova rayonun Aslanbəyli kəndindən Yuxarı Salahlıya 4 il əvvəl gəlin köçüb.

Oğuzda isə bədbəxt hadisə nəticəsində gənc oğlan ölüb. Hadisə rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Bəxtiyar oğlu İsmayılov yüksəklikdən yıxılaraq aldığı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb.

Müayinə zamanı Cavid İsmayılovun öldüyü məlum olub.

Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümüm dəqiq səbəbləri məlum olacaq.Hər iki Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qazaxda 27 yaşlı gəlin güllələnib, Oğuzda isə bədbəxt hadisə baş verib

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.