Cəmiyyət

Bakıda yeni tunelin inşası yekunlaşmaq üzrədir - VİDEO

14 Aprel 2018 20:59
0 Şərh     Baxış: 1 173

Paytaxtın Ziya Bünyadov və hava limanı yolunu birləşdirəcək yeni tunelin inşası yekunlaşmaq üzrədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, iki hərəkət zolağından ibarət olacaq tuneldə son tamamlama işləri görülür. Yeni asfaltın vurulması üçün yol yatağı hazırlanır.

Burada ''Sabunçu yol qovşağı''na qalxan avtomobillərin tuneldən çıxacaq avtomobillərə mane olmaması üçün uzunluğu 700 metr, eni isə 9 metr olan köməkçi yol da salınır.

Əraziyə cəlb edilən çoxlu sayda texnika ilə hava limanı yolunun köhnə və tikinti zamanı yararsız vəziyyətə düşmüş asfalt örtüyü də qaşınır və hərəkətə mane olmamaq üçün bura qısa zamanda yeni asfalt örtüyü çəkiləcək.

Yeni tunelin və yolun may ayında istifadəyə veriləcəyi bildirilir.

Qeyd edək ki, tunelin tikilməsində məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan sıxlığı aradan qaldırmaqdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda yeni tunelin inşası yekunlaşmaq üzrədir

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.