Cəmiyyət

Bakıda orta yaşlı kişi su çəninin altında qalaraq ölüb

14 Aprel 2018 08:02
0 Şərh     Baxış: 601

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 1987-ci il təvəllüdlü Fərhadov Sabir Allahverdi oğlu Novxanı qəsəbəsində əmisinə məxsus fərdi yaşayış evində işləyərkən ehtiyatsızlıqdan su çəni onun üzərinə düşüb.

O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı hadisə yerinə ilk olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.