Cəmiyyət

İndi hostel açmaq daha sərfəlidir - VİDEO

13 Aprel 2018 22:30
0 Şərh     Baxış: 1 799

Hər il ölkəmizə səyahət edən turistlər çoxaldıqca hostellərə də maraq artır. Milli.Az bildirir ki, otellərdən fərqli olaraq hostellər şəhər mərkəzinə yaxın olmaqla yanaşı, qiyməti də ucuz olur.

Otaqlar müştəriyə ailəvi, 4 və ya daha çox çarpayılı olmaqla da təklif edilir. Qiymətlər isə hostelin yerləşdiyi əraziyə və şəraitinə görə dəyişir.

Hostellər daha çox sırf səyahət etmək və çox gəzməyi sevən insanların seçimi olduğundan turistlər vaxtlarının çox az hissəsini hosteldə keçirirlər.

Gündəlik qiymətə səhər yeməyi, vifi, limitsiz çay-kofe və digər xidmətlər daxildir.

Hosteldə çarpayılar tək-tək satılır. Ancaq ailəvi sifarişlər otaqların bronlaşdırılması zamanı nəzərə alınır.

Hostel sahiblərinin sözlərinə görə, yay aylarında müştərilərin sayının daha da artacağı gözlənilir. Bu isə qiymətlərin nisbətən bahalaşmasına səbəb olacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İndi hostel açmaq daha sərfəlidir - 13.04.2018

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.