Cəmiyyət

Kərbəla şəhidlərindən hansıları ümumi məzarlıqdan kənarda dəfn edilib?

15 Aprel 2018 19:15
0 Şərh     Baxış: 1 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kərbəla şəhidlərindən hansıları ümumi məzarlıqdan kənarda dəfn edilmişlər?

Aşura günündə İmam Hüseynin (ə) tərəfində döyüşüb şəhadətə çatmış şəxsləri o həzrətin məzarının yaxınılığında ümumi qəbirdə dəfn etmişlər. Bu gün də şəhidlərin ümumi məqbərəsi İmam Hüseyn (ə) məscidinin içində yerləşir.

Milli.Az islam.az-a istinadən bildirir ki, lakin bir neçə şəhidi müəyyən səbəblər üzündən həmin ümumi məzardan kənarda dəfn etdilər. İmam Hüseynin (ə) oğulları Əliəkbər və Əliəsğərin məzarları bu gün həzrətin öz məzarı ilə birlikdə eyni zərihin (məhəccərin) hüdudları daxilindədir.  (Əliəkbəri İmamın (ə) ayaq tərəfində, südəmər Əliəsğəri isə yanında basdırmışlar). Həzrət Abbas şəhid edildiyi məkanda - Fərat çayının sahilində torpağa tapşırıldı. Həbib ibn Müzahiri öz həmqəbilələri ayrıca qəbirdə basdırdılar; bu qəbir də hal-hazırda İmam Hüseyn (ə) ziyarətgahının içindədir. Hürrün məzarı xeyli kənarda yerləşir. Bir məlumata görə, həmqəbilələri ona hörmət əlaməti olaraq, ümumi məzarlıqda deyil, şəhid olduğu məkanda dəfn etmişlər. Digər məlumata görə, Hürr əvvəlcə İmam Hüseynin (ə) yolunu kəsdiyinə və faciənin səbəbkarlarından birinə çevrildiyinə görə onu sair şəhidlərlə bir sırada, İmamın (ə) yanında dəfn etməyə layiq bilməmişlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.