Cəmiyyət

Kişi qadını boşayarkən ona verdiyi hədiyyələri və zinət əşyalarını geri ala bilərmi?

15 Aprel 2018 20:15
0 Şərh     Baxış: 1 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boşanma (talaq) zamanı kişi qadına vəd etdiyi mehriyyəni ödəməlidir. Eləcə də, dini və dünyəvi qanunlar çərçivəsində ümumi əmlakdan qadına pay verilməli, əgər azyaşlı uşaqlar varsa, ata onlar üçün maddi təminat (aliment) ödəməlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, evlilik müddəti boyunca kişinin və qohumlarının qadına verdikləri hədiyyə qismində olan əşyalar boşanma zamanı qadında qalır. Yəni əgər hər hansı mülkiyyət yaxud bəzək əşyası qadına hədiyyə kimi bağışlanıbsa və onun şəxsi mülkü kimi qəbul edilibsə, qadın bunların həmişəlik sahibi sayılır. Nişan və toy mərasimləri zamanı gəlinə verilən qızıl-gümüş bəzək əşyaları da bura aiddir, çünki milli ənənəyə görə, bu əşyalar gəlinə hədiyyə olaraq bəy tərəfindən verilir. Qadın boşanma zamanı bu əşyaların hamısını özündə saxlamaq hüququna malikdir və kişi bunları geri ala bilməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.