Cəmiyyət

Dişdən alınan xərçəng diaqnozu

15 Aprel 2018 19:45
0 Şərh     Baxış: 1 388

Baş və boyun xərçəngləri üçün erkən diaqnoz çox əhəmiyyətlidir. Diş həkimlərinin, diş müalicəsi əsnasında əlamətləri yaxşı qiymətləndirib xəstəni mütəxəssisə istiqamətləndirməsi insanların həyatını xilas edə bilər.

ƏLAMƏTLƏR

Dodaqda böyümə: Dil və dodaq xərçənglərinin bir çoxu keçməyən yara və şişə səbəb olursa və həmin nahiyədə iltihab yoxdursa, ağrı hiss edilmir.

Qanama: Ağız, burun, boğaz və ağciyər şişləri qanamaya səbəb ola bilər. Milli.Az deyerler.org-a istinadən bildirir ki, tüpürcək və ya bəlğəmdə bir neçə gündən çox sürən qanama müşahidə olunarsa, həkimə müraciət etmək vacibdir.

Dəri dəyişmələri: Baş-boyun xərçənglərinin bəzi növlərində rəng dəyişməsi, alın, üz, qulaq kimi dərinin günəşə məruz qaldığı yerlərlə, dərinin fərqli bölgələrində dəyişikliklər müşahidə edilə bilir.

Diş həkiminin xəstədə bu əlamətlərə əhəmiyyət verib, lazımlı tədbir görərək bir həkimə göndərməsi, xəstənin həyatını xilas edə bilər.

Diş mütəxəssislərindən biri mövzu barəsində məlumat verdi: "Əksər hallarda əhəmiyyət verilməyən ağız yaraları, dişəti böyümələri, ağızdaxili yumşaq toxumalarda soyulma, qalınlaşma və dişəti iltihabları ölümcül xəstəliklərin erkən diaqnozunda həyati əhəmiyyət daşıya bilər. Ağızdaxili toxumalarda rəng və səth dəyişiklikləri, ciddi xəstəliklərin diaqnozunda bizə köməkçi ola bilər. Diş həkimi müayinəsi bu səbəblərdən ötəri ciddi və ətraflı edilməlidir. Əlamətlər yoxlanıldığında ağız gigiyenasını təmin edib bir həkimə istiqamətləndirməliyik".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.