Cəmiyyət

Yulaf və yulaf kəpəyi

15 Aprel 2018 19:55
1 Şərh     Baxış: 1 160

Yulaf kəpəyi yulaf dənələrinin qabıqdan ayrılması zamanı əldə olunan məhsuldur. O sarının boza çaları rəngdə olur. Yulaf kəpəyi keyfiyyətindən asılı olaraq əla və birinci növlərə ayrılır. Ondan sıyıqların, pürelərin , şorbaların , süd məhsullarının, şirniyyatların hazırlanması zamanı istifadə edilir.
Yulafın faydalı tərkibi
Milli.Az immunitet.az-a istinadən bildirir ki, yulafın tərkibində antioksidant maddələr var. Bu maddələr oprqanizmi xarici zərərli təsirlərdən, infeksiya xəstəliklərindən qoruyur. Yulaf və yulaf kəpəyinin tərkibində çoxlu miqdarda fosfor və kalsium vardır. Bu minerallar sümük sisteminin möhkəmlənməsinə və anemiya əlamətlərinin azalmasına səbəb olur. Anemiyanın profilaktikası məqsədilə yulaf yeməkdə fayda var.
Yulaf və yulaf kəpəyi bəlğəmgətirici, iltihab əleyhinə, mədənin selikli qişasına müalicəvi təsir edir. Meteorizm və bağırsaqlarda həzmsizlik olduqda yulaf yemək əlmətlərin aradan qalxmasına səbəb olur. Mədə və bağırsaq xəstəlikləri zamanı yulaf yemək çox faydalıdır. Onun tərkibi vitramin və minerllarla zəngindir. Bunlar isə dəri xəstəliklərinin sağalmasını sürətləndirir.
Yulaf kalium, kalsium, natrium, maqnium, fosfor, dəmir, sink, B1, B2, PP, E vitaminləri ilə zəngindir. Yulafın tərkibində olan fosfor və maqniumun miqdarı digər dənli bitkilərdə olduğundan qat-qat artıqdır. Bu maddələr orqanizm tərəfindən asan sorulur.
Yulafın tərkibində olanlar qanda pis xolesterinin miqdarının azalmasına səbəb olur, qanda şəkərin miqdarının normallaşmasını nəzarət altında saxlayır. Yulaf kəpəyindən çörək məhsullarının bişirilməsində istifadə olunur. Ondan hazırlanan kisel bronx və ağ ciyər xəstəlikləri zamanı sinəyumşaldıcı və bəlğəmgətirici təsirə malik olur. Yulafdan hazırlanan sıyığa şəkər, duz, süd, yağ, mürəbbə, meyvələr əlavə etmək mümkündür.
Yulafın zərərli xüsusiyyətləri
Yulaf sıyığını adətən mineral çatışmazlığından əziyyət çəkənlər qəbul edirlər. Onu çoxlu miqdarda qəbul etmək orqanizmdə kalsiumun miqdarının artmasına səbəb olur. Mütəxəssislər qısa müddət ərzində bişirmək üçün hazır paketlərlə satılan yuilafın orqanizm üçün az faydalı olduğunu söyləyirlər. Belə ki, bu cür qablaşdırılmada satılan yulaf və ya yulaf kəpəyinin tərkibində vitamin və minüralların miqdarı az olur. Buna səbəb isə onların üzərində texniki işləmələrin aparılmasıdır.
Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Şafa · 15 Aprel 21:0020

    Çox xoşluyuram yulafı südlə bişirməyi. İçərisinə bişən vaxt xırdalanmış badam qoz qara kişmiş az miqdarda çay qaşığı qədər bal qatıram. Mmmm çox dadlı olur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.