Cəmiyyət

"Nescafe"nin içərisindən ELƏ BİR ŞEY ÇIXDI Kİ... - Azərbaycanda

13 Aprel 2018 22:07
0 Şərh     Baxış: 2 539

Azərbaycanda "Nestle" şirkətinin məhsulu olan "Nescafe"nin içərisindən suxari əzintisi çıxıb. Bu barədə Bakı şəhər sakini (adının açıqlanmasını istəmir) "Azad İsehlakçılar" İctimai Birliyinə müraciət edib.

İctimai Birliyin sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, məhsulu təqdim edən şəxs iddia edir ki, onu açanda içərisində kofe deyil, suxari əzintisi olduğunu görüb:

"Bu barədə təşkilatımıza müraciət edib. "Nescafe"nin içərisindən çıxan məhsul qoxusuna görə suxariyə oxşayır. Lakin onun nə olduğunu araşdırmaq lazımdır. Üstəlik, həmin qaba nə üçün suxari doldurula bilər? Qabın ağzında falqa da var. Bunun araşdırılması üçün "Nestle"nin Azərbaycandakı distribüteri "Veysəloğlu" şirkətidir. Biz onlarla əlaqə saxlamışıq ki,"Nestle" şirkətinin nümayəndəliyinə məlumat verilməli, məsələ araşdırılmalıdır. Lakin 4 gündür məlumat versək də, hələ ki, bir cavab verilməyib. Əslində özləri maraqlı olmalıdırlar ki, ağzı falqa ilə bağlı olan qaba suxari necə doldurulub?".

İddia ilə bağlı "Veysəloğlu" şirkətinin Müştəri münasibətlərinin idarə edilməsi şöbəsinin müdiri Nizami Yusifovla əlaqə saxladıq. O, məsələdən Eyyub Hüseynov vasitəsilə xəbərdar olduqlarını dedi:

"Həftənin birinci günü Eyyub Hüseynov bu barədə bizə məlumat verib, vətəndaşın özü şəxsən təqdim etməyib. Həmin gün Eyyub Hüseyovla danışıb, məsələnin araşdırılması üçün həftənin 4 və ya 5-ci günü görüşə biləcəyimizi dedik. Eyyub müəllim bizimlə əlaqə saxlayacağını bildirdi. Bu gün Eyyub müəllimlə əlaqə saxlayıb həmin məhsuldan nümunə götürüb, fabriklə danışacağıq, keyfiyyətə nəzarət şöbəsi anbarımızda eyni adlı digər məhsullarla qarşılaşdırılacaq. Məhsulun tərkibi araşdırılacaq. Bu məsələdə şikayətçi də iştirak etməlidir. Biz ilk növbədə məhsulun haradan alınması ilə maraqlanacağıq. Bizim məhsullarımızın satıldığı mağazaların adı bəllidir. Ola bilər ki, o "Nestle"nin olmasın, saxta bir məhsul olsun". (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.