Cəmiyyət

Bakıda şadlıq evinin qarşısında kişi və qadını maşın vurub, biri ölüb, digəri yaralanıb - FOTO

13 Aprel 2018 08:40
0 Şərh     Baxış: 2 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Əkbərov Zaur Arif oğlu "Arzu" şadlıq evinin qarşısında idarə etdiyi "10-KH-837" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillə yolu keçən orta yaşlı qadın və yaşlı kişini vurub.

Naməlum qadın hadisə yerində dünyasını dəyişib. Onun meyiti morqa təhvil verilib.

1975-ci il təvəllüdlü yaralı Osmanov Zaur İlyas oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sürücü Z.Əkbərov Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.