Cəmiyyət

Evini təmir edənlərin nəzərinə: Belə "oboy"lar təhlükəlidir - VİDEO

12 Aprel 2018 23:56
2 Şərh     Baxış: 7 163

Evləri bəzəyən divar kağızları sağlamlığınız üçün təhlükəli ola bilər. Odur ki, divar kağızlarının hər 6 ildən bir dəyişdirilməsi tövsiyə olunur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kimyaçı alim Abuəli Hüseynli belə bir fikirlə çıxış edib. O, bu tövsiyəsini divar kağızlarının kimyəvi tərkibli olması ilə əsaslandırıb.

Onun sözlərinə görə, ucuz və keyfiyyətsiz divar kağızları bir sıra xəstəliklərə səbəb ola bilər.

Abuəli Hüseynli sintetik tərkibli və şüşəliftli divar kağızlarından istifadə edilməməsini tövsiyə edir. Onun sözlərinə görə, əsasən vinil, yəni yuyulabilən divar kağızlarından istifadə edilməlidir. Çünki bu kağızların əsasını bir və ya ikiqat nəm və çirklənməyə qarşı davamlı örtük təşkil edir.

Abuəli Hüseynli bildirib ki, ən məsləhətli divar kağızları adətən Avropa ölkələrində istehsal olunur.

Bəs bazarlarda vinil tərkibli və Avropa istehsalı olan divar kağızları neçəyədir? Uzun illərdir satıcılıqla məşğul olan Şahin Mürsəlov deyir ki, hazırda satışda ən keyfiyyətli divar kağızları Almaniya istehsalı olanlar hesab edilir. Qiyməti isə ölçüsündən asılı olaraq dəyişir.

Sintetik və şüşəliftli divar kağızları isə daha ucuz qiymətə təklif edilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Belə

Şərh yaz:

2 Şərh:

  • Anonim
    **** · 13 Aprel 01:0070

    Deyesen oboy bazarinda satisla bagli gerileme var.alim adindan istifade ederek reklama kecibler

    Cavab yaz
  • Anonim
    olimpiat · 13 Aprel 09:0820

    100 faiz elədi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.