Cəmiyyət

Kafelərdə verilən “dəvə qutabı” əslində hansı ətdən hazırlanır? - VİDEO

12 Aprel 2018 23:54
2 Şərh     Baxış: 5 114

Dəvə qutabı adı ilə satılan qutabların əsl tərkibi bir çoxlarını maraqlandırır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mal ətinin üzərinə şəkər tozu əlavə edilir, sonra həmin ətdən qutab hazırlanaraq "dəvə qutabı'" adı ilə vətəndaşlara satılır.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Azərbaycana xarici ölkələrdən diri dəvə və ya dəvə əti gətirilmir. Nazirliyin tərkibində olan Abşeron Kənd Təsərrüfatı Müəssisəsində dəvələr yetişdirilir. Lakin müəssisənin direktoru Rəhman Gülməmmədov deyir ki, burdakı dəvələr satılmır və yetişdirilməsində məqsəd genefondu qorumaqdır.

Dəvə qutabının satışı ilə məşğul şəxslər isə iddialarla razılaşmayaraq bildirir ki, hazırlanan qutab sırf dəvə ətindəndir və alıcılara 1 ədədi 1 manata təklif olunur. Onların sözlərinə görə, dəvə ətini müxtəlif şəxslərdən bir kiloqramını 16 manata alırlar.

Mütəxəssislər bildirir ki, dəvə əti mal ətinə nisbətən şirin olur. Buna baxmayaraq hər iki ətdən hazırlanan qutabları bir-birindən fərqləndirmək çətindir.

Mövzu barədə reportajı təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kafelərdə verilən "dəvə qutabı" əslində hansı ətdən hazırlanır?

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Yusif · 13 Aprel 00:0510

    Şirindise adam etidir.deve yox

    Cavab yaz
  • Anonim
    cavab · 13 Aprel 12:2510

    insanlari niye hemise pis veziyyete salirsinizInsan neyi yese da demek yemelidirki yeyir Niyediksindirirsiniz?Bir dayim vardi tehmetlik 10il bundan qabaq is ucun xaricde idi Ordan gelenden sonra rdan da qonaqlar gelmisdiNahar vaxti ingilisce danisirdilar,dedilerki it eti burda olmur?Yaziq kisi cavab veribki nun adin cekmeyin Biz it etini yaxina buraxmiriq ve burda ele sey olmur Qonaq dediki niyeki sen bizde yediyin it eti idiBiz eziz qonaqa it eti veririkBurda niye lmasnki Inanin dayi yaziq nece dikinibse xestelik tapdi ve gun gunden geriye gediri ve rehmete getdi Deyirdiki kaski bilmeyeydim ne eti idi yediyim bILEnden sonra nece iyrenmisdise rehmete getdiOna gore de xalqi iyrendirmeyin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.