Cəmiyyət

Dini mənbələrdəki uzun xütbələri necə qeydə alıb yazıblar?

12 Aprel 2018 22:45
1 Şərh     Baxış: 332

Bəzi dini mənbələrdə rast gəlinən uzun xütbələri necə qeydə alıb yazmışlar? Onların səhihliyinə necə inanaq?

Bu məsələ VII əsrdə Ərəbistan yarımadasındakı mədəni-ictimai vəziyyətlə bağlıdır. Belə ki, o zamankı ərəblərin spesifik xüsusiyyətlərindən biri çox güclü yaddaşa malik olmalarıdır. Ərəblərin arasında ədəbiyyat, şeir, nitq və bəlağət güclü inkişaf etmişdi. Bir şairin uzun qəsidəsini bir dəfə eşitməklə yadda saxlamaq o zaman üçün fövqəladə hal sayılmırdı və hər qəbilədə bu bacarığa sahib olan onlarla şəxs var idi. Elə insanlar var idi ki, hər biri minlərlə beytdən ibarət olan bir neçə şeir divanını əzbər bilirdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, məsumlarımızın, o cümlədən, xəlifələrin hüzurunda olanların arasında da bu cür insanlar az deyildi. Onlar oxunan xütbəni bircə dəfə dinləməklə öz yaddaşlarına həkk edir və asanlıqla təkrarlayırdılar. Bu, o zamankı ərəb millətinə xas olan fenomenal xüsusiyyətdir. Bu baxımdan, İslamın ilk dövrlərindəki irihəcmli dini mətnlərin (hədis və xütbələrin) yaddaşlarda qorunaraq şifahi şəkildə ötürülməsi və yazıların qələmə alındığı zamana kimi çatdırılması normal sayılır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Kserks · 14 Aprel 16:3320

    Ne qeseng nagildi. 650- ci ile kimi ereb dilinin elifbasi olmayib. Ona gorede 650-ci ile kimi ereb dilinde yazili menbeler yoxdur. Birce dene 650-ci ilden evvele ereb elifbasi ile yazilan menbe gorsedin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.