Cəmiyyət

Dünya və axirət bir kişiyə bənzəyir ki, 2 xanımı vardır

12 Aprel 2018 22:10
0 Şərh     Baxış: 860

İnsan dünyanı əgər əbədi iqamət yeri qərar verərsə, o zaman axirət onun üçün maraqlı olmaz. Birində rahat yaşamaq üçün o birisində mütləq əziyyət çəkməlidir. Yəni, hər iki dünya bir-birinə zidd qərar verilmişdir. Hər kim hansıdan nə qədər fayda aparsa, o birisindən bir o qədər ziyan edər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən dünyanı istəməkdə axirətə ziyan yetirmək, axirəti istəməkdə dünyaya ziyan yetirmək gizlənmişdir. Ona görə də dünyaya ziyan vurun ki, ziyan vurmağa daha layiqlidir".

İmam Əli (ə) bu haqda buyurur: "Dünyanın acılığı - axirətin şirinliyidir. Dünyanın şirinliyi axirətin acılığıdır".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Axirətdə ən zəngin insan - dünyada ən yoxsul olanlarıdır. Hər kimin axirətdən daha çox bəhrəsi olar, dünyada daha az bəhrəyə malik olmuş olar".

Həzrət Məsih (ə) isə dünya ilə axirəti bir kişiyə bənzətmişdir ki, iki arvadı vardır. Hər ikisi hər an dava halındadırlar. Heç biri bir başqasına dözə bilmir. Hər biri öz şirin həyatını o birisinin ölümündə görür. Birinin ağlaması öz ardınca o birisinin gülməsini gətirir. Əri hansına məhəbbət göstərsə, o birisini qəzəbləndirər.

Ona görə də Məsih (ə) buyurur: "Dünya və axirət bir kişidir ki, iki xanımı vardır. Hər hansını razı etsə, o birisini narazı edəcəkdir".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.