Cəmiyyət

Alim öləndən sonra da mövzuya şərh verdi

12 Aprel 2018 23:20
1 Şərh     Baxış: 1 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağa Seyyid Ziyyaddin Dərri, bir nömrəli vaizlərdən olmuşdur. Həyatının son illərində minbər başında olan zaman bir cavan ona bir sual verir.

Məhərrəm ayının 7-si və ya 8-i idi. O, Hafizin şeirindən bir beyt oxuyur və onu mənalandırmasını istəyir.

Şeirdə deyilirdi: "Qoca Muğanam ki, məndən incimə, ey Şeyx. Çünki vədəni sən etdin, o, yerinə yetirdi".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Ağa Dərri şeiri belə mənalandırır: "Həzrət Adəmə (ə) buğda ağacından buğda yemək qadağan edilmişdi. Ancaq Əmirəl-möminin (ə) bu qadağaya ömrünün axırına qədər riayət edərək, o vədəyə əməl etdi. Hafizin bu beytdə xitab etdiyi Şeyx - Həzrət Adəmdir (ə) ki, behiştdə buğda ağacından yeməyəcəyini vədə vermişdi, ancaq ona əməl etməmişdi.

Allahın əmrindən yayınmışdı. Qoca Muğan isə Əmirəl-Möminindir (ə) ki, bütün ömrü boyu buğda çörəyi yemir. Onun vədəsinə əməl etməməsinin əvəzini verir".

İlin sonunda bu alim vəfat edir. Bir il sonra həmin zamanda, yəni Məhərrəm ayında cavan yatıb, yuxuda həmin alimi görür. Mərhum Dərri onun yanına gəlir və deyir: "Ey cavan! Sən keçən il bu vaxtda məndən Hafizin şeiri barəsində sual vermişdin. Mən də sənə cavabını verdim. Amma bu aləmə gələndən sonra başqa bir məna mənim üçün aşkar oldu.

Hafiz, Şeyx dedikdə Həzrət İbrahimi (ə) nəzərdə tutmuşdur. Qoca Muğan isə Həzrət Seyyidi-Şühədadır (ə). Həzrət İbrahim (ə) Allaha vədə verir ki, oğlu İsmayili (ə) qurban edəcəkdir. Ancaq həqiqətdə həmin vədəni İmam Hüseyn (ə) əziz oğlu Həzrət Əli Əkbəri qurban etməklə yerinə yetirmişdir".

Cavan yuxudan ayılır və sabahısı günü məclisdə minbərə qalxıb yuxusunu danışır və hamı bu şərhdən çox təsirlənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.