Cəmiyyət

Hava niyə isti və soyuq olur?

12 Aprel 2018 21:40
1 Şərh     Baxış: 1 177

Bu isti və soyuğa nəzər sal gör Yer kürəsini necə saxlamışdır. Bu iki hava növü azalaraq və çoxalaraq ildəki fəsilləri meydana gətirmişdir.

Çünki insanın və bütün aləmin məsləhəti ondadır. Soyuq və isti bədənlərin möhkəmlənməsinə səbəb olar.

Əgər bu isti və soyuq olmasaydı, bədənlər soyumaz və isinməzdi. Hər an məhv olardı. Bax gör necə biri o birisinə tədricən və yavaş-yavaş daxil olur. Biri yavaş-yavaş azalır və o birisi yavaş-yavaş artır - o zamana qədər ki, hər biri azalmaq və çoxalmaqda öz son həddinə çatır.

Əgər onlardan biri anidən və qəflətən o birisinə daxil olsaydı, cisim və bədənlərin xəstəliyinə səbəb olardı.

Ona görə də Allah belə tədbir görmüşdür ki, soyuq və isti bir-birinə tədricən daxil olsunlar. Bu, mövcudatların salamatlığı üçündür. Əgər (bu işdə) tədbir və hikmət yoxdursa, bəs niyə qəflətən daxil olmur, əksinə yavaş-yavaş gəlir?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər kimsə desə ki, havanın belə tədrici olması günəş seyrinin tədrici olmasına görədir və ya günəşin yerə yaxınlaşması və uzaqlaşmasına görədir - gərək o şəxsdən soruşaq: "Bəs niyə günəşin və Yer kürəsinin hərəkəti, fasilənin yaxın və uzaq olması belə xəlq olmuşdur? Əgər tədrici olmasının səbəbini günəşin qərbə və şərqə nur saçmasında görərsə, gərək bunun da səbəbini soruşaq. Hər nə desə, yenə də bu sual meydana gələr ki, axı niyə belədir?

Nəhayət varlıq aləminin hədəfli və tədbirli olmasına gəlib çatarıq.

Əgər hərarət olmasaydı, meyvələr bərk və acı olardı. Yumşalmaz və yetişməzdi ki, yeyilə bilinəsi olsun.

Əgər soyuq olmasaydı, əkinlər belə cücərməzdilər, insanların ruzisini verməzdilər.

Məgər görmürsənmi ki, soyuq və isti bu qədər faydası ilə bədəni yenə də ağrıdır? Bu məsələdə təfəkkür edənlər üçün ibrətlər vardır".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mollalara · 12 Aprel 22:1333

    Savadsız avaralar bilsin ki havanın nece olmasından asılı olmayaraq bedenimiz qızmır ve soyumur.Sabit qalır.. 36,6°C... Herden kitab da oxuyun. "Sarsaqlama"nın tefsiri sizi zay edib. PRiNS

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.