Cəmiyyət

Günün qoroskopu: yaşam ortamını qaydaya salın, prosesləri nizamlayın

23 Aprel 2018 00:01
38 Şərh     Baxış: 14 553

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Maliyyə məsələlərinin həlli üçün yaxşı vaxt deyil. Yeni işə və ya layihəyə başlamayın. Aldığınız təkliflər ilk baxışdan cazibədar və şirnikləndirici təsir bağışlasa da, əslində zərərlidir. Risklərə aldanmayın. İntuisiyanıza güvənin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə inciklik, qalmaqal, müzakirələr istisna deyil. Köhnə əlaqələrdən birini qırmağa tələsməyin. Məntiqli olun, status-kvonu qoruyun.
 

Buğa - İrəliyə doğru sürətlə irəliləmək istəyirsinizsə, yaşamın intensiv ritminə uyğunlaşın. Astagəllik, süstlük, ətalət imkanlarınızı əhəmiyyətli dərəcədə azaldacaq.

Günün ikinci yarısında rəqibləri üstələyn. Sizə meydan oxuyan insanı geridə qoyun. Nəqliyyatda sayıq olun. Axşam saatlarına yaxın iş qrafiki gərginləşəcək. Bəzi rutin işləri "çaparaq" görmək gərəkdir.

Alış-verişdə bədxərclik etməyin. Maraqlarınızı kimsəyə güzəştə getməyin.

Əkizlər - Məhsuldar, sərfəli, hadisələrlə zəngin zamandır. Hadisələrin episentrində olun. Fəaliyyətiniz üçün zəruri məlumatı əldə etmək üçün sınanmış, etibarlı vasitələrdən istifadə edin. Yeni istiqamətdə ilk addımlar pis alınmayacaq.

Günün ikinci yarısında sərvaxt və ehtiyatlı olsanız, ən çətin işin öhdəsindən gələcəksiniz. Tərəfdaşınızın işlərinə kəskin müdaxilə etməyin. Sərt və aqressiv olmayın. Şübhəli adamlarla əlaqələri minimuma endirin. Etibarsız layihələrə baş qoşmayın. Təhlükəli avantüraların daha yaxşı, keyfiyyətli alternativləri var.

Xərçəng - Uğur bilavasitə yeni kursa hazırlıq, zamanla ayaqlaşmaq məharətinizdən asılıdır. Dünənki günlə yaşamaq, risklərdən kənar qalmaq ilk baxışdan rahat və cazibədar təsir bağışlasa da, sonucda ciddi geriləməyinizə səbəb olacaq. Səfərlər, yeniliklər üçün yaxşı zamandır.

Günün ikinci yarısı bilik və bacarığın artırılması, fərqli təmasların şaxələndirilməsi üçün yaxşıdır. Yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın. Təcrübə, xəbər, sifariş mübadiləsi etmək olar.

Axşam saatlarını internetdə keçirməyin.

Şir - Çox geniş layihəyə başlayaraq irrasional işlərlə məşğul olmayın. Nüfuzunuzu zərbə altına atmayın. Yaxşı zamandır. Amma bir müddət kölgədə qalsanız, heç pis olmaz. Biznesinizi kimsəyə etibar etməyin.

Günün ikinci yarısında ailə üzvlərinin tələblərini unutmayın. Fəaliyyətinizdə irəliləyişlər üçün vasitəçilərdən, muzdlu işçilərdən istifadə edin. Müraciət etdiyiniz insanların fırıldaqçılar, təsadüfi adamlar olmamasına fikir verin.

Əks təqdirdə bütün işlərdə durğunluq, hətta təhlükəli vəziyyət yaranacaq.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Qız - Yeni plan, metod, əlaqələr üçün münasib zamandır. İndi dumanlı, mücərrəd təsir başlayan məqsədlər tapşırıqları həll etdikcə, problemləri çözdükcə aydınlaşacaq. Yeni məqamlar əyan olacaq.

Fərqli insanlarla tanışlıq uğur vəd edə bilər. Bir şərtlə ki, çevik və sürətli olasınız.

Günün ikinci yarısında alışmadığınız vasitə ilə spontan metodlardan yararlanmaq zərurəti var. Stereotiplərdən uzaq durun. Köhnə standart və ya vərdişlərdən psixoloji asılılıq yaxşı heç nə vəd etmir.

Uğura aparan yolunuzdan sapmayın.

Tərəzi - Günün ilk yarısında imkanlarınız artacaq. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yeni istiqamət seçin. Əlavə stimula zərurət duymadan inkişaf edin. Yeni tərəfdaş axtarışına çıxmaq üçün əlverişli zamandır.

Günün ikinci yarısında məşvərət, müzakirələr və diskussiyalar aparmaq olar. Romantik münasibətlərdə intensiv mükalimələrə üstünlük verməyin. Etibar etdiyiniz insanın istəklərini nəzərə alın. İfrat dərəcədə tələbkar olmayın.

Qayğıkeş insan təsiri bağışlayın.

Əqrəb - Kommunikativ imkanlarınızı artırın. Sizin vaxtınızı və öz zamanını boşuna xərcləyən insanlardan uzaq durun. Yaşamdakı situasiyalar sizə yaxşı dərs olacaq. Yeni metodları sınayın, variantları yoxlayın. Gərəkli istiqamətdə irəlilədiyini düşündüyünüz insanın hərəkətlərini müşahidə edin.

Günün ikinci yarısında təcrübəli insanın məsləhətlərinə etinasız yanaşmayın. Tənbəllik etməyin. Fikrinizi ikinci dərəcəli məsələlərə yönəltməyin.

Axşam saatlarını ünsiyyətə və söhbətə həsr etmək olar.

Oxatan - Günün ilk yarısında başladığınız işin önəminə fikir verin. Qarşınızda maraqlı yollar çoxdur. Amma onların hamısı faydalı deyil. Hətta bəzi istiqamətlər yanlış və təhlükəlidir. Vaxtınıza dəyər verin. Təmaslarda seçimi dürüst bəlirləyin.

Günün ikinci yarısında sözlərinizə fikir verin. Arqumentləriniz inandırıcı və real olmalıdır. Belə davransanız, sizi uğur gözləyir. Məsləhət almaq, tərəfdaşlıq əlaqələri və şəxsi münasibətləri inkişaf etdirmək üçün yaxşı zamandır.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - Daşınmaz əmlak və maliyyə məsələləri ilə məşğul olmaq üçün yaxşı zamandır. Alış-verişə yollanmaq olar. Lakin bədxərclik etməyin. Pulunuzun qədrini bilin. Şayiələrə, dedi-qodulara fikir verməyin.

Söhbət zamanı hisslərinizə nəzarət edin. Müstəqil fəaliyyətə alışsanız belə, kollektiv işin faydalarını anlayın və situasiyadan bəhrələnin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün zəruri addımları atın.

Axşam saatlarında aktiv olun.

Dolça - Günün ilk yarısından etibarən bütün sahələrdə aktiv fəaliyyət göstərə bilərsiniz. Yazışma, səfər, yerdəyişmələr uğurlu alınacaq. Sənədləşdirmədə aktiv olun. Gərəkli informasiyanın axtarışında və əldə olunmasında irəliləməyə çalışın.

Hisslərinizi dəqiq ifadə edin. Hesablamalarda səhvlərə yol verməyin. Seçimdə yanılmayın.

Günün ikinci yarısında romantikaya qapılaraq hisslərin əsirinə çevrilməyin. Situasiyanı nəzarətdə saxlayın.

Axşam saatlarında birmənalı olmayan situasiya formalaşacaq.

Balıqlar - Yaşananlara rəğmən bədbinliyə qapılmayın. Situasiyadakı qəfil dəyişikliklər sizi təbdən çıxarmasın. Həyatın acılı, şirinli olduğunu unutmayın. Təhsil və kommersiya ilə məşğulsunuzsa, ciddi uğur istisna deyil. Səhhətinizin qeydinə qalın. Fiziki təmrinlərə vaxt ayırın.

Günün ikinci yarısında sükan arxasında ehtiyatlı, sayıq olun. Cərimə riski var.

Yaşam ortamını qaydaya salın, prosesləri nizamlayın. Zahiri görünüşünüzə fikir verin.

Axşam saatlarında alış-veriş sizi sevindirə bilər.
 

Milli.Az

loading...

Şərh yaz:

38 Şərh:

  • Anonim
    Esra ibrahimli(Samaxi) · 23 Aprel 00:0159

    Sabahiniz uqurla acilsin.

    Cavab yaz
    • Anonim
      Ayinka · 23 Aprel 08:0813

      Amin Ay Baci Amin

      Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 23 Aprel 09:4505

      Təbriklər bacı cana.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 23 Aprel 09:5816

        Cox saq ol qardasim.

        Cavab yaz
        • Anonim
          Əli proqnoz.№ · 23 Aprel 10:3504

          Dəyməz bacı caaan.

          Cavab yaz
    • Anonim
      Anar · 23 Aprel 12:4813

      çox saq ol Esra xanim

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 23 Aprel 13:5215

        Anar bey xosdu.

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0106

    SƏN və MƏN - YENİ GÜNÜNÜZ UĞURLU OLSUN..

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0303

    BÜRCLƏR HAQQINDA---✹✹...498...✹✹ci BÖLÜM--Bürclər haqqında

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0411

    QOÇ - Hiss etdirmədən sənin haqqında hər şeyi öyrənər

    Cavab yaz
    • Anonim
      Men · 23 Aprel 08:5565

      Bu deqiqe Esra çıxacaq bilmirem neyin kimin Esrası

      Cavab yaz
      • Anonim
        First · 23 Aprel 13:3626

        Esranin(ibrahimlinin) daşi duşsun başina Bu yaziq Esra xanimdan ne isteyirsiz ne alib vere bilmisiz

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 23 Aprel 13:5234

          Likeeee))) cox saq olun.

          Cavab yaz
          • Anonim
            ^^^^^ Mehriban · 23 Aprel 14:5210

            08 55 e sen de Esra bacimdan ne alib vere bilmirsen he eleckde ay insan adami az eseblesdir

            Cavab yaz
        • Anonim
          Men · 23 Aprel 15:0444

          Ele menim daşım düşsün bunu yazanın başına

          Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0423

    BUĞA - Onun üçün əlçatmaz heçnə yoxdur

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0503

    ƏKIZLƏR - O yalnız buraxılmaz! Yalnız olmağı özü seçər

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0502

    XƏRÇƏNG - Sevgi sözünün antonimi

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli(Samaxi) · 23 Aprel 09:3526

      Xercengimin Esrarerengiz Esrasi

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0611

    ŞİR - Ya istiqanlı, ya soyuqqanlı, ya da ki qansız

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0631

    QIZ - Qızlar bir başqa dünyadır

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0703

    TƏRƏZI - Onun həyatından çıxan çox şeyi itirər

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0731

    ƏQRƏB - Ürəyi istədisə edəcək

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0822

    OXATAN - Sorğu sual etməyi sevər, ancaq özünə edilsə sevməz

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0903

    OĞLAQ - Doğrudan sevər, doğrudan da nifrət edər

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli(Samaxi) · 23 Aprel 09:3623

      Doqrudan sever amma hec vaxt buruze vermez (Oqlakin biricik balasi Esra )

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 23 Aprel 10:3601

        Hm.

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 23 Aprel 10:4412

          Hmmmmm ,elbette hmmmmmm)))

          Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:0912

    DOLÇA - Hər şeyi tək başına həll edər

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 23 Aprel 00:1004

    BALIQ - Bu aralar tənbəllik krizindədir

    Cavab yaz
  • Anonim
    asi · 23 Aprel 09:0523

    Təsiri bağışlamaqla olmaq arasında çox fərq var)..

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli(Samaxi) · 23 Aprel 10:19110

    Fotodan 9-cu sekil menim olsun dyesen orda Novruz bayramidi mende gedim oraaa)))

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli(Samaxi) · 23 Aprel 10:2057

    Casdim fotodan 7-ci sekil menim olsun Novruz tonqali

    Cavab yaz
    • Anonim
      Əli proqnoz.№ · 23 Aprel 10:3734

      Olsun Olsun təki sənin olasun bacı cana.

      Cavab yaz
      • Anonim
        eliye · 23 Aprel 10:58102

        can canadir can cana urfalusan urfali.bu qizlarin icinde bir denesen bir dene))))))

        Cavab yaz
  • Anonim
    Hava şərhcisi Əli proqnoza · 23 Aprel 10:4141

    Əli proqnoz sən hava səifəsinin ulduzusan səndən bir dənədir qardaş can çalış hava səifəsinə çox yaz elə havanı yazıb çıxırsan. Nolar hava səifəsinə yaz çox yaz qardaş can

    Cavab yaz
  • Anonim
    Hava proqnozu Trend.Az · 23 Aprel 10:4331

    Əli qardaş mən bildiyimə görə sabahdan havalar istiləşəcək özdə kəskin Aprelin 28 inə Bakıda +28 isti gözlənilir Rayonlarada +30 dərəcə yəqin ki düz dedim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.