Cəmiyyət

Qızıl bazarı canlanır - Ən ucuz qızıl dəsti neçəyədir? - VİDEO

24 Mart 2018 21:13
0 Şərh     Baxış: 4 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz bayramının bitməsi qızıl bazarında canlanmaya səbəb olub. Alıcı çox olsada qızıl qiymətində dəyişiklik yoxdur. Hər zaman olduğu kimi əsas tələb rus qızılınadır. Amma son zamanlar ərəb qızılına maraq göstərənlər də çoxalıb. Bu növ qızılı seçənlər isə daha çox pul xərcləməli olurlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 1500 manatdan 10-15 min manata kimi qızıl dəstləri. Ağ, sarı qızıllar və son zamanlar əsasən gənclərin seçdiyi ərəb qızılları.

Novruz bayramından sonra qızıl bazarında canlanma müşahidə edilir.

Əvvələr sarı qızıllara maraq çox idisə artıq ağ qızıllara maraq daha çoxalıb. Ama bu qızıllar arasında qiymət fərqi yoxdur. Son zamanlar ərəb qızıllarına da maraq artıb ki, bu qızıllar daha bahadır.

Bazardakı canlanmanın növbəti ayın ortalarına kimi davam edəcəyi gözlənilir. May ayında toylar olmadığına görə bu ayda alıcılıq nisbətən az olur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ən ucuz qızıl dəsti

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.