Cəmiyyət

Bakının sürüşmə zonalarındakı son vəziyyət - VİDEO

24 Mart 2018 21:08
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yağan yağışlar nəticəsində Bakının bəzi sürüşmə sahələrində aktivlik yaranıb. Bəzi ərazilərdə isə qurunt sularının səthə çıxması nəticəsində subasma halları müşahidə edilir. Bayıl yamacı teleqüllə sürüşmə sahəsindəki son vəziyyətlə bağlı da məlumat var.

Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının apardığı son monitorinqin nəticələrinə əsasən Bakının bir sıra ərazilərində sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə edilib.

Milli Geoloji Kəşfiyyat Xidmətinin dəstə rəisi Rafiq Həsənov sözlərinə görə,son bir ay ərzində yağıntılar da bəzi ərazilərdə qurunt sularının səthə çıxmasına və subasma sahələrinin aktivləşməsinə səbəb olub.

Bayıl yamacı Teleqüllə sürüşmə sahəsində isə vəziyyət dəyişməz olaraq qalıb.Aparılan monitorinqlərin son nəticələrinə əsasən hazırda sürüşmənin dinamikasında stabillik müşahidə olunur. Ümumilikdə, ərazidə prosesin tam bitdiyini, yekunlaşdığını demək olmasa da ,geoloji proses hələ davam edir, ərazidə gərginlik var. Ancaq sürüşmənin özünün dinamikasında aktivlik qeydə alınmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının sürüşmə zonalarındakı son vəziyyət

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.