Cəmiyyət

Həyətindən qumbara tapdı - VİDEO

24 Mart 2018 20:58
0 Şərh     Baxış: 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunda əl qumbaraları tapılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu gün axşam saatlarında İsmayıllı şəhər sakini, 1994-cü il təvəllüdlü İsmayılov Teymur Tahir oğlu yaşadığı evin qarşısında, yolun kənarında ağac əkmək üçün quyu qazarkən torpağın altından 2 ədəd əl qumbarası tapıb.

T. İsmayılov dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları həmin əraziyə gələrək partlayıcıları zərərsizləşdiriblər. Şəhərin Babadağ küçəsində, torpağın altında başqa əl qumbaralarının da olduğu ehtimal edilir. Ona görə də polis əməkdaşları T. İsmayılova torpaqda qazıntı işlərini dayandırmağı məsləhət görüblər. Partlayıcıların torpağa kim tərəfindən və nə vaxt basdırılması hələ məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Həyətindən qumbara tapdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.