Cəmiyyət

Bakıda oğurluq anı kameraya düşdü - VİDEO

24 Mart 2018 20:49
8 Şərh     Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı ticarət mərkəzlərindən birində 2 qadın tərəfindən edilən oğurluq təhlükəsizlik kameralarına düşüb.

Qadınlar öncə alıcı kimi mağazaya daxil olublar. Yanlarında satıcının olmadığını müəyyən etdikdən sonra orda satılan paltarları öz geyimlərinin içərisində gizlədərək mağazadan çıxıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, onlar 3 bahalı mal oğurlayıblar. Nəticədə sahibkara 450-500 manat ziyan dəyib.

Oğurluq anının əks olunduğu görüntüləri "XəzərXəbər"in votsap nömrəsinə göndərən mağaza sahibi bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Oğurluq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.