Cəmiyyət

Lənkəranda facəli ölüm: qadın təndirdə yandı - VİDEO

24 Mart 2018 20:48
2 Şərh     Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda çörək bişirən 50 yaşlı qadın təndirə düşüb və yanaraq ölüb.

Bədbəxt hadisə rayonun dağ kəndi olan Aşağı Təngivanda baş verib. Kənd sakini Böyükxanım Əliyeva təndirdə çörək bişirərkən təndirin içərisinə yıxılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Böyükxanım Əliyeva aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Qadının yanmış meyiti təndirdən çıxarılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin əməkdaşları cəlb olunub. Mərhumun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran rayon prokrorluğunda araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Lənkəranda facəli ÖLÜM

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.