Cəmiyyət

Bayram ərəfəsində Azərbaycana gələn turistlərin əksəriyyəti... - VİDEO

23 Mart 2018 23:39
3 Şərh     Baxış: 4 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz bayramı ərəfəsində xaricdən gələn turistlər arasında iranlılar və ərəblər çoxluq təşkil edir.

Milli.Az bildirir ki, bayram tətilində Cənub bölgəsinə istirahət etməyə gələn qonaqlar əsasən Lənkəran və Lerik rayonlarına üz tutublar. Lənkərana gələn qonaqlar əsasən Xəzər dənizi sahilində yerləşən hotellərdə dincəlməyə üstünlük veriblər.

Lənkəranın istirahət mərkəzlərində bir nəfər üçün 1 gün qalmağın qiyməti 50 manatdan 200 manata qədər dəyişir. Ötən ilin martında Cənub bölgəsinə 1000 iranlı turist gəlmişdisə, bu il onların sayı 1500-ə çatıb.

Şimal bölgəsinə gələn turistlər isə qar ilə əylənməyə üstünlük veriblər. Bu il bayramı məhz "Şahdağ" Turizm Mərkəzində qeyd etmək istəyənlər şimal bölgəsinə üz tutublar. Bura bayram ərəfəsində 5 mindən çox turist gəlib. Turistlər arasında Birləşmiş Ərəb Əmirliyindən, Küveyt və Rusiyadan gələnlər çoxluq təşkil edir.

Novruz bayramı münasibətilə elan olunan xüsusi təkliflər mart ayının sonunadək uzadılıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bayram ərəfəsində Azərbaycana gələn turistlərin əksəriyyəti...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.