Cəmiyyət

Balıq bazarında canlanma yaranıb - VİDEO

23 Mart 2018 22:40
1 Şərh     Baxış: 3 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər balıq bazarında canlanma müşahidə olunur.

Milli.Az bildirir ki, Novruz bayramı günlərində balığa tələbat artıb.

Satıcıların sözlərinə görə, satışda olan balıqların əksəriyyəti çay və dəniz balıqlarıdır. Bəzi hallarda göl balıqları da satışa çıxarılır.

Satıcılar deyir ki, Novruz bayram ərəfəsində havalar yaxşı keçdiyindən dənizdən tutulan balıqlar bazara çox gətirilib. Satış da əvvəlki aylara nisbətən xeyli artıb. Məhsulun çoxluğu qiymətlərin də ucuzlaşmasına səbəb olub.

Tələbat isə daha çox dəniz və çay balıqlarınadır. Ən çox satılan xanı və kütüm balıqları olsa da, süni göllərdə yetişdirilən balıqlar da bu il boldur. Bu balıqlar digərlərinə nisbətən ucuz olsa da, alıcılıq qabiliyyəti aşağıdır. Balıqların qiyməti çəkisi, növü və hardan tutulmasından asılı olaraq dəyişir.

Bazarlarda alıcı sayının artmasının digər səbəbi də Novruz bayramı ilə əlaqədar ölkəyə turist axınının olmasıdır.

Balıq satanlar bildirir ki, havalar isitləşdikcə qiymətlər daha da enəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Balıq bazarında canlanma yaranıb - 23.03.2018

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.