Cəmiyyət

Qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb - VİDEO

23 Mart 2018 21:10
0 Şərh     Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd sakinləri Ağstafanın Qarahəsənli kəndindəki təpədə yol açmaq məqsədilə qazıntı işləri apararkən qədim maddi-mədəniyyət nümunələrinə rast gəliblər.

Milli.Az bildirir ki, qazıntı zamanı eyni ölçüdə 4 ədəd küp formasında qəbir və bu qəbirlərin içində həmin dövrlərdə istifadə olunan məişət və bəzək əşyaları, çini qabların qalıqları, eyni zamanda insanın kəllə sümükləri aşkarlanıb. Kənd sakinlərinin böyük marağına səbəb olan əşyaların əksəriyyəti ya sınıb, ya da eroziyaya uğrayıb.

Sakinlər deyir ki, əvvəllər də bu təpədə belə bir əşyaların olduğu haqda qiyabi təsəvvürə malik idilər. Ancaq sonuncu dəfə yol salmaq məqsədi ilə aparılan qazıntı işləri zamanı çıxan tapıntılar yüksəkliyin öyrənilməsinin zəruriliyini artırıb. Təpənin üzərində əvvəllər qədim tikilinin də olduğu deyilir.

Tapıntıların vacibliyini nəzərə alan kənd sakinləri qazıntı işlərini dayandıraraq ərazinin öyrənilməsi üçün müvafiq qurumlara müraciət ediblər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qədim maddi-mədəniyyət nümunələri aşkarlanıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.