Cəmiyyət

Səs sistemi - səsimiz necə yaranır?

24 Mart 2018 21:10
0 Şərh     Baxış: 2 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəlin səs sistemi ilə daha yaxından tanış olaq:

1. Güc qaynağı
Səs enerjisinin qaynağı, generatoru, mühərrik gücü; ağciyərlər, döş qəfəsi, kürək-sinə-qarın əzələlərində ibarətdir. ( Diafraqma əzələsi, nəfəs almağa kömək edən bir əzələdir. Səs isə nəfəs verərkən əmələ gəlir. Diafraqma isə nəfəs verərkən boşalır. Səsə təsiri, nəzarətli (kontrollu) güc istifadəsi şəklindədir.) Ağciyərlərə ağız və burundan alınan hava, onu əhatə edən qarın sinə - kürək əzələlərinin yığılmasıyla sıxışdırılaraq təzyiqli hala gətirilir . Məhz bu sıxışdırma əməliyyatı zamanı işləyən iki fərqli əzələ sistemi, sağlam və yaradıcı səs əmələ gəlməsinin təməlini təşkil edir.

Milli.Az hekimtap.az-a istinadən bildirir ki, birinci sistem, boyun - çiyin - kürək - sinə-üst qarın əzələlərindən ibarətdir. Bu əzələlərin işləməsi, əsas da döş qəfəsini eninə daraldır və atmosfer təzyiqini keçən ağciyər havası çıxış yeri olan gırtlağa doğru yönəldilir.

İkinci sistem, diafraqma tənəffüsü olaraq bilinən əzələ quruluşudur. Bel, alt qarın əzələləri və alt - yan-sinə əzələlərindən ibarətdir. Bu sistemin əsası, döş qəfəsinin eninə doğru nisbətən sabit qalaraq qarın boşluğuna doğru genişlənib daralmasıdır. Yəni nəfəs alıb vermə zamanı diafraqma əzələsinin vektoru istifadə edilir. Bu sayədə boyun və xarici qırtlaq əzələləri səs tellərini 'sərbəst buraxır' və təbii səsin meydana gəlməsinə zəmin hazırlanmış olur.

2. Ağciyərlər
Ağciyərlər hava molekullarını alma, özündə saxlama və vermə xüsusiyyətinə malikdir. Alıb içəridə tutulan həcm yaş, kilo və cinsiyyətə görə dəyişir, ortalaması isə 80 ml/kq-dır. Bu səbəbdən 75 kq-lıq bir yetkin kişinin maksimum hava tutma həcmi təxminən 6 litrdir. Bu havanın 15ml/kq-lıq qismi yəni təxminən 1-1,5 litri traxeya və bronxlar yəni hava yolunu doldurmaqdadır. Bu, "artıq" həcm olaraq təyin olunmaqdadır. Bu həcm sabitdir. Qalan 4,5 - 5 l-lik həcm isə istifadə edilə bilir. Bu həcmin hamısı "vital" - "həyat" tutumu kimi adlandırılır. İnsan ən çox vital həcmi qədər nəfəs alıb verə bilər. Alınan hava həyati olduğu üçün "vital" həcmi termini düzgündür. Ancaq səs meydana gələn zaman bu həcm yuxarı atılarsa səs tellərinin titrəyişində istifadə olunur, bu səbəbdən bu vəziyyət "fonasiya" həcmi kimi adlandırılır. Səsi uzatma müddəti ağciyərin fonasyon - vital həcmi ilə düz mütənasibdir.

Ağciyərlər həcminin hamısını gündəlik həyatda istifadə etmir. Təxminən 7 ml/kq yəni 0,5 lt hissəsi rahat nəfəs alma zamanı istifadə edilir. Buna "tidal"  nəfəs adı verilir. Nitq prosesində rahat bir formada nəfəs aldıqdan sonra danışıq başlayır və vital həcmdən bir miqdar daha həcm istifadə olunaraq funksiya tamamlanır.

Havanın ağciyər sistemi içinə giriş və çıxışı döş qəfəsi və əlaqəli olduğu əzələlər ilə təmin edilir. Diafraqma əzələsi da bunlardan biridir.

3. Vibrator sistem - səs qutusu: qırtlaq
Qırtlağımızın əsas vəzifəsi enerjinin şəklini dəyişdirməkdir. Yəni hava təzyiqi enerjisi, bir transformator kimi işləyən qırtlaqda səs enerjisinə çevrilir. Səs büküşlərinin arasından keçən hava dalğalanır və vibrasya qazanaraq yoluna davam edir. Ses tellərindən səs meydana gəlməsi bir gitara telinin titrəyişindən çox, saniyədə 100 dəfədən çox sürətlə alqışlamağa bənzədilə bilər.

Ağciyərlərdə qarın sinə və kürək əzələlərinin yığılmasıyla potensial enerji qazanan təzyiqli hava, səs büküşlərinin altında yığılır. Arası dar olan səs büküşlərinin açılmasıyla, bu dar aralıqdan keçərkən sürətlənir və təyyarə qanadının uçma prinsipində olduğu kimi vakum təsiri yaradaraq səs büküşlərini örtən qişanı ortaya doğru çəkərək bağlanmağa məcbur edir (bu vəziyyət Bernoulli prinsipinə oxşadıla bilər); ancaq səs büküşlərinin altında davam edən təzyiqli havanın təkrar məcburiyyəti nəticəsində səs telləri təkrar açılır. Yuxarıda deyilənlər saniyənin yüzdə biri qədər müddətdə olur və təkrarlanır.Yəni səs büküşlərinin saniyədə təxminən yüz dəfə ritmik olaraq açılıb bağlanması havaya təzyiqin fasiləli olaraq verilməsinə səbəb olur. Beləliklə geniş olan nəfəs borusundan gəlib, dar olan səs büküşlərinin arasından keçərkən hava axınının ritmik dalğalar halına çevrilməsi (enerjinin transformasiyası) və əmələ gələn bu yeni enerjinin səs yolunda istiqamətləndirilməsi (yayılma modifikasiyası) ilə insan səsi yaranır.

Səs büküşlərinin incəlməsi, gərginləşməsi və hava təzyiqinin artımı səsin tezləşməsinə səbəb olur. Bu idarə beyində təşkil edilir. Səs büküşlərinin səsə olan təsiri onun əsas tezliyi və gurluğudur (gücüdür). Əsas tezlik, səs büküşlərinin mexaniki xüsusiyyətlərinə (gərilməsi, uzanıb qısalması, incəlib qalınlaşması) və ağciyərlərdən ötürülən hava təzyiqinə bağlı olaraq dəyişir. Səs büküşləri arasından keçərək səsi əmələ gətirən hava axınının sürəti artdıqca səs tellərinin vibrasiya sayı, yəni səsin tezliyi artır. Burada səs sənəti üçün əhəmiyyətli bir nöqtə vardır. Müğənni, səsinin gücünü yüksəltmək üçün hava axınını artırdığı zaman texnikasını istifadə edərək səs pərdəsinin dəyişməsinə mane olmalıdır.

4. Səs telləri
Səs telləri tel deyil. Təbəqələri olan bir büküşdür.

Səs büküşləri nəfəs borusunun ən üst hissəsindəki sağ və solda olmaqla iki bölmədən ibarətdir. Nəfəs alarkən bir-birlərindən uzaqlaşaraq hava yolunu açırlar; udqunma və səs çıxartma zamanı bir-birlərinə yaxınlaşaraq bağlanırlar. Hər iki vokal qıvrım bir-birinə yaxınlaşıb arasından hava keçdiyi sırada titrəşmə meydana gəlir və bununlada hava axınını peryodik olaraq kəsir və açırlar. Beləliklə müəyyən bir tezlikdə səs meydana gələr.

Bu təməl tezlik olaraq adlandırılmaqdadır. Kişilərdə təməl tezlik qadınlardan və uşaqlardan daha aşağıdır, bu səbəblə kişi səsi daha qalındır. Orta hesabla 120 Hz.dir (105-140 Hz.). Qadın və uşaqların əsas tezlik dəyərləri yüksəkdir. Qadınlarda ortalama 210 Hz.dir (180-240 Hz.) Uşaqlarda yaş və cinsiyyətə bağlı olaraq bu dəyər 240 Hz.in üstündədir.

5. Səs yolu - Rezonator sistem
Bu sistemə ağız, burun və burun-ətrafı ciblər, udlaqla birgə vahid boşluq meydana gətirən strukturlar aiddir.

Ağciyər nəfəs aldığımız vaxt hava ilə dolur və qana oksigeni verib karbondioksit ilə əvəz olunduqdan sonra zərərli havaya çevrilir və təkrar eyni yolla çölə atılır. Səsin meydana gəlməsində bu xaric olunan hava istifadə olunur. Xaric olunan hava daha nəmli və çöldəki havadan daha ağırdır. Su molekulları səbəbiylə bir az daha sıxdır. Bu hava atılarkən səs tellərimiz arasından keçərək bu toxumanın səth təbəqəsini hərəkətə keçirir və bir dalğa meydana gəlməsi təmin edərək rezonator sistemə havanı nizamlı bir tezlik aralığında olan hava axınları olaraq ötürür. Rezonator sistemindəki hərəkətli və sabit strukturlar bu hava hərəkətini formaya salaraq insana xas səslər olaraq ətrafa yayılmasını təmin edirlər. Qırtlaq səviyyəsində əmələ gələn xam səs bir cızırtıya bənzəyir; boğaz ağız və burun boşluqlarında şəkilləndirilir. Bu vəziyyət, eynilə bir palçığın şəkilləndirilərək heykələ çevrilməsi kimidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.