Cəmiyyət

Burun çəpər əyriliyi nədir?

24 Mart 2018 20:45
0 Şərh     Baxış: 7 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Burun çəpəri burun boşluğunu arakəsmə ilə iki yerə-sağ və sol hissələrə ayırır. Qığırdaq və sümük hissələrdən ibarətdir, üzəri selikli qişa ilə örtülüb. Doğuş zamanı və ya sonradan zərbə nəticəsində əyilmə baş verir. Statistikaya görə 100 insandan şikayətləri olmadığı halda 70-80-də burun çəpərində müəyyən əyrilik var, bu halda həkim tərəfindən hər hansı müdaxiləyə ehtiyac yoxdur. Şikayətlər verdikdə müalicəyə ehtiyac olur. Müalicə dedikdə burun çəpərinin bərpası - Septoplastika əməliyyatı icra edilir.

Nə kimi şikayətlər verir?

Əsas burun tənəffüsü pozğunluğu,bəzən xorultu, yuxuda boğulma (apnoe), baş ağrıları, tənginəfəslik, qulaqda tutqunluq hissi, burun qanaxması və s.

Əməliyyat haqqında: Yerli keyitmə və ya narkozla icra olunur, 20-30 dəqiqə çəkir,qığırdaq və sümük hissələrdəki, tənəffüsü əngəlləyən əyriliklər düzəldilir. Həmən günün axşamı xəstə evə buraxilir. Milli.Az hekimtap.az-a istinadən bildirir ki, burun daxilindən tənəffüsə mane olmayan silikon splintlər(tampon əvəzi müasir materialdan) 3-5 gün sonra ağrısız çıxarılır və xəstə rahat burunla nəfəs ala bilir. Septoplastika əməliyyatı klassik və ya endoskopik yolla icra olunur. Klassik septoplastika zamanı kəsik burun çəpərinin içəri ön hissəsində aparılır. Endoskopik septoplastikada kəsik yalnız əyrilik olan hissədə aparılır və əməliyyat gedişi monitorda izlənilir.

Mümkün olan ağırlaşmlar: Əməliyyat sonrası qanaxma, burun çəpərinin perforasiyası, burundaxili sinexiyalar (yapışmalar) və s. Müasir texnologiyaların istifadəsi ağırlaşmaların rast gəlmə faizini nəzərəçarpacaq dərəcədə azaldır.

Müasirlik: İstifadə olunan materiallar - Silikon splintlər(tampon əvəzi), əyriliyin növündən asılı olaraq əməliyyat endoskopik yolla də aparıla bilir, çıxarılan qığırdaqlar bərpa olunaraq yerinə qaytarılır (atılmır).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.