Cəmiyyət

Ağac əkərkən əl qumbaraları tapıb - Azərbaycanda - YENİLƏNİB - FOTO

23 Mart 2018 22:08
1 Şərh     Baxış: 1 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:08

İsmayıllıda 2 əl qumbarası və 2 partladıcı aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən xəbərə görə, martın 23-ü Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə İsmayıllı şəhəri, Babadağ küçəsində 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə dalan 2 ev 1 ünvanına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarası və partladıcının ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 23 mart 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 5 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 2 394 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 28 845 kv.m ərazi yoxlanılıb.

---------

19:05

İsmayıllı rayonunda əl qumbaraları tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarında İsmayıllı şəhər sakini, 1994-cü il təvəllüdlü İsmayılov Teymur Tahir oğlu yaşadığı evin qarşısında, yolun kənarında ağac əkmək üçün quyu qazarkən torpağın altından 2 ədəd əl qumbarası tapıb.

T. İsmayılov dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları həmin əraziyə gələrək partlayıcıları zərərsizləşdiriblər. Şəhərin Babadağ küçəsində, torpağın altında başqa əl qumbaralarının da olduğu ehtimal edilir. Ona görə də polis əməkdaşları T. İsmayılova torpaqda qazıntı işlərini dayandırmağı məsləhət görüblər. Partlayıcıların torpağa kim tərəfindən və nə vaxt basdırılması hələ məlum deyil.

Polis əməkdaşları ərazini nəzarətə götürüb. Hadisə yerinə ANAMA əməkdaşları çağırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.