Cəmiyyət

Salyanda narkotik aşkarlandı - FOTO

22 Mart 2018 21:21
0 Şərh     Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan şəhər sakininin həyətindən 18 ədəd narkotik tərkibli çətənə şitili aşkarlanıb

Milli.Az "Report"a istinadən bildirir ki, Salyan şəhər  sakini Cəfər Cabbarlı küçəsi, ev 48-də yaşayan, 1968-ci il təvəllüdlü Hüseynov Elçin İzzət oğlunun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkməsi barədə RPŞ-nə məlumat daxil olub.

Məlumat əsasında polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahənin bağ hissəsində yerləşən üstü yarımörtülü yardımçı tikilidən 18 ədəd çətənə şitilii aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəllənin 237. 2.3 maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.