Cəmiyyət

Bəzi xəstəliyi olan insanlar bayramda qidalanmaya diqqət etməlidir - TƏFƏRRÜAT - VİDEO

22 Mart 2018 20:04
0 Şərh     Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Novruz bayramı ilə əlaqədar olaraq süfrələrdə bir həftə boyunca şirniyyatlar əksik olmayacaq. Ancaq bu şirniyyatlardan heç də hamı istədiyi kimi istifadə edə bilməyəcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, buna səbəb bəzi xəstəliyi olan şəxslərin şirniyyatlardan çox həcmdə istifadənin sonradan ciddi fəsadlara səbəb olmasıdır.
Həkimlər bildirir ki, bayram qidalarını yeməyə əks-göstərişi olan insanlar bayram ərəfəsində hər zamankından daha diqqətlə qidalanmalıdırlar. Öd problemləri olanlar xüsusilə ehtiyatlı olmalıdırlar.

Ancaq siyahı bununla da bitmir. Şirniyyat, digər yağlı və ağır yeməklərdən uzaq durmayan bir sıra xəstəlik daşıyıcısı olanlar həkimə müraciət etmək məcburiyyətində qala bilərlər.

Həkimin tövsiyəsinə görə, bu tip xəstələr şirniyyatların dadına baxa bilər, amma hər gün onları qəbul etmələri tövsiyə olunmur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bəzi xəstəliyi olan insanlar bayramda qidalanmaya diqqət etməlidir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.