Cəmiyyət

Əsmaül-hüsna nə deməkdir?

22 Mart 2018 23:05
48 Şərh     Baxış: 5 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, bu sözün tərcüməsi "ən gözəl adlar" deməkdir. Allaha aid olan gözəl adlara əsmaül-hüsna deyirlər. Əslində, ağla gələn, nöqsandan uzaq olan bütün gözəl adlar və sifətlər Allaha məxsusdur, əksinə, ağla gələn bütün nöqsanlı və pis adlar, sifətlər də Ondan uzaqdır. Allahın adlarının içindən 100 ədədini xüsusi seçərək, bunlara əsmaül-hüsna demişlər. Əsmaül-hüsnanın bir qisminə Qurani-Kərimin mətnində dəfələrlə rast gəlirik. Məsələn: Rəhman, Rəhim, Qədir, Kərim, Əliyy, Əzim, Əlim, Səmi, Bəsir, Lətif, Məlik və s. Əsmaül-hüsnanın birincisi "Allah" adıdır ki, qalan 99 adın mənasını özündə tam ehtiva edir. Əsmaül-hüsna həm də gözəl zikrlərdən biridir. Bu adları həm ayrı-ayrılıqda, həm də birlikdə zikr etmək böyük savabdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.