Cəmiyyət

Kişi peşəsinin öhtəsindən ustalıqla gəlir - 41 ildir ki... - VİDEO

21 Mart 2018 23:05
1 Şərh     Baxış: 2 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektrik avadanlıqlarını təmir edərək onlara yenidən həyat verir. Milli.Az bildirir ki, 63 yaşlı Xuraman Məmmədova yaşının bu çağında öz işinin öhdəsindən layiqincə gəlir.

41 ildir ki, Yevlaxda kişi sənəti ilə məşğul olan zərif cinsin nümayəndəsi görənlərin təccübünə səbəb olur. Qadın, ət çəkən maşın, müxtəlif növ su nasosları və digər elektriklə iləyən məişət avadanlıqlarını təmir edir. Gənc yaşlarından çətin peşəni seçən Xuraman Məmmədova, həyat yoldaşının da onun kişi işi ilə məşğul olmasına mane olmadığını deyir.

Usta qadının sözlərnə görə hətta iş zamanı bəzən başına maraqlı hadisələrdə gəlir. Çox vaxt müştərilər onun qadın olduğu üçün işin öhdəsindən gələ bilməyəcəyini düşünür.

63 yaşlı ustanın əsas müştəriləri yaşlı sakinlərdir. Elə buna görədə ona rayonda "təqaüdçülərin anası" deyirlər. Xuraman Məmmədova işinin müqabilində o qədərdə yüksək məbləğ tələb etmədiyindən bu gündə çörək pulunu rahat qazana bilir.

Xanım ustanın ailəsində bu sənətlə, demək olar, hər kəs məşğul olur. Maraqlı məqam ondan ibarətdir ki, o heç bir tələbəsini özü öyrətmir. Yalnız onun əlinə baxıb öyrənməyin mümkün olduğunu deyir. /xezerxeber.a

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kişi peşəsinin öhtəsindən ustalıqla gəlir - 41 ildir ki...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.