Cəmiyyət

Azərbaycannın Macarıstandakı səfirliyində Novruz bayramı münasibətilə tədbir təşkil edilib - FOTO

21 Mart 2018 21:00
Baxış: 1 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilib.

Səfirlikdən Milli.Az-a verilən məlumata görə, tədbirdə Macarıstanda təhsil alan yüzə yaxın azərbaycanlı və 50-dək xarici tələbələr qatılıb.

Tədbirdə çıxış edən Səfir V.Quliyev, qonaqları Novruz bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb və bayramın adət-ənənələri barədə məlumat verib. Səfir V.Quliyev xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən mart ayının 21-i tarixin "Beynəlxalq Novruz Günü" elan olunması və Novruzun 3000 ildir ki, Balkanlar, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edildiyi barədə danışıb.

Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan bəhs edən səfir V.Quliyev Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayının hər il artmasını müsbət məqam kimi qeyd edib. Bu ölkədə təhsil alan tələbələrimizin Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılması, qədim tarixə malik zəngin mədəni irsimizin təbliği istiqamətində fəallıq göstərməyi tövsiyə edib.

Həmçinin, səfir V.Quliyev 2018-ci ilin ölkəmiz üçün böyük ictimai-siyasi əhəmiyyət kəsb etdiyini bildirərək, cari il 11 aprel tarixdə Azərbaycan Respublikasının Prezident seçkiləri və 28 may tarixində Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə əlamətdar olduğunu xatırladıb. Səfir Prezident seçkiləri ilə əlaqədar səfirlikdə seçki məntəqəsinin yaradıldığını bildirərək, 11 apreldə tarixində tələbələrimizi öz seçki hüququndan fəal istifadə etməyə çağırıb. Bundan əlavə səfir V.Quliyev Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı səfirlik tərəfindən keçiriləcək silsilə tədbirlər barədə məlumat verərək, tələbələri bu tədbirlərdə yaxından iştirak etməyə dəvət edib.

Tədbirdə Azərbaycanın milli şirniyyatlarından ibarət zəngin süfrə açılmış, samovar çayı dəmlənmiş və səfirliyin həyətində Novruzun əsas atributlarından biri olan tonqal qalanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.