Cəmiyyət

"Bu gün evlənib, sabah boşanırlar" - İsmayıllının 13 uşaqlı ailəsinin firəvan həyatı - VİDEO - FOTO

21 Mart 2018 15:20
2 Şərh     Baxış: 3 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

9-u oglan 4-ü qız olmaqla 13 övlad sahibi olan Sadıqovlar ailəsi İsmayıllı rayonunun Qəzli kəndində yaşayır.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, Cavanşir dayının ailəsi respublikada olan çoxuşaqlı ailələrdən hesab olunur.

13 övladı boya başa çatdırıb, nəvə nəticə sahibi olan Cavanşir dayının 32 nəvə, 5 nəticəsi var. Övladlarının arasında dövlət işçiləri, vətən keşiyində olan da var, Azərbaycanın adını başqa ölkələrdə ucaldan da. Nəticəsinin avropa və dünya çempionatlarında Azərbaycan bayrağını qaldırdığını fəxrlə söyləyən Cavanşir dayı deyir ki, onun üçün ailə üzvlərinin hər birinin öz yeri var. Həyatın keşməkeşləri, çətinlikləri ailəni daha da gücləndirib, möhkəmləndirib. Övladlarının, nəvələrinin adlarını bəzən səhv saldıqlarını xos təəssüratlarla yada salan Cavanşir dayı həyat yoldaşı Firqiyyə xanım ilə birlikdə özlərini ən xoşbəxt insanlardan biri hesab edirlər. Aralarında olan hörməti, xoş münasibəti qoruyub saxlıyan ailə, gənc ailələrə də məsləhəti unutmadılar.

Ailə kiçik dövlət kimidir. Ailə insanların həyatı baxımından müqəddəs bir dəyər, təməldir. Dəyərlərimizi qoruyaq ki, təməlimiz möhkəm olsun.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.