Cəmiyyət

Novruz bayramı Peruda qeyd olunub - FOTO

21 Mart 2018 10:50
0 Şərh     Baxış: 1 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycannın Perudakı diplomatik nümayəndəliyində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Diplomatik nümayəndəlikdən Milli.Az-a verilən məlumata görə, tədbirdə Peru XİN-in və Kongresinin nümayədnələri, Peruda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, həmçinin Peruda yaşayan həmvətənlərimiz iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan nümayəndəliyin rəhbəri Mehdi Məmmədov iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə ətraflı məlumat verib, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu diqqətə çatdırıb, ölkəmizin Novruz bayram ənənələrindən bəhs edib.

Bayram şənliyində qonaqlara Novruz bayramının rəmzlərindən hesab edilən Azərbaycanın milli mətbəxinə məxsus müxtəlif təamlar və şirniyyatlar təqdim edilib, Novruz Bayramı barəsində videolar nümayiş etdirilib, milli musiqiləri səsləndirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.