Cəmiyyət

Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb

21 Mart 2018 09:20
Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illərdə kəşf olunmuş yataqlar hesabına Azərbaycanın qızıl ehtiyatı 2 dəfədən çox artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, müxtəlif ərazilərdə yerləşən Tülallar, Başqışlaq, Kəpəz və s. qızıl yataqlarında aparılmış əlavə qiymətləndirmələr nəticəsində onların ehtiyatları dəqiqləşdirilib. Nəticədə qiymətli metalların hasilatı və ixracı sahəsində ciddi nailiyyətlər əldə edilib.

Yalnız 2017-cü ildə 150 min unsiya qiymətli metal ixrac edilib və ölkə iqtisadiyyatına 121 milyon manatdan çox gəlir daxil olub.

Ümumilikdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 35 qeyri-filiz yatağı, o cümlədən 2 əhəngdaşı, 1 mergel, 2 qum, 10 qum-çınqıl, 3 gilcə, 1 qum-gil, 14 gil, 1 əqiq-xalsedon və 1 andezit-bazalt yatağı qiymətləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.