Cəmiyyət

Bakıda ruhlarından adından oğurluq etdi - məhkəmə başlanıb

20 Mart 2018 23:42
4 Şərh     Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ruhlardan istifadə edərək dələduzluqda təqsirləndirilən Sahilə Atamovanın barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Atamova 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın yüngülləşdirilməsi üçün apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun icraatında olan prosesdə ilkin baxış iclası keçirilib. Anket məlumatları dəqiqləşdirildikdən sonra baxış iclası martın 27-nə təyin edilib.

Belə ki, 2011-ci ildə zərərçəkmiş Zəfər Quliyevin evindən 75 min manatlıq qızıl oğurlanıb. 5 il sonra oğrular müəyyən edilib - Z.Quliyevin arvadı Elnurə və onun rəfiqəsi Sahilə Atamova. Araşdırma zamanı məlum olub ki, S.Atamova tanışı Elnurəyə ailə üzvlərinin yaxın günlərdə öləcəyini, "xram" adlanan ruh vasitəsilə bu bədbəxt hadisənin qarşısını ala biləcəyini deyib. Əvəzində isə ondan qızılları istəyib. Razılaşmaya görə Elnurə evin qapısını açıq qoyaraq çıxıb, "xram" isə məsələni həll edib, yəni S.Atamova evdən qızılları götürərək çıxıb. Elnurə Əhmədova daha sonra bacısının evini sataraq pulu Sahiləyə verib.

S.Atamova isə özünü təqsirli bilməyərək deyib ki, xəstə olduğu üçün E.Əhmədova onun müalicəsinə kömək etmək üçün bu pulları özü verib.

Atamovanın digər qurbanı isə feysbukda tanış olduğu Tural Həsənov olub. Onunla görüşdə uşağının xəstə olduğunu deyərək 14 min dollar alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.