Cəmiyyət

Azərbaycandan Qazaxıstana 37 at aparmaq istədilər

20 Mart 2018 21:38
1 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (BFNFX) müfəttişləri Azərbaycandan Rusiya ərazisindən keçməklə Qazaxıstanın Aktobe şəhərinə 37 baş kəsimlik atın qanunsuz olaraq aparılmsının qarşısını alıblar.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə İdarənin mətbuat xidməti məlumat yayıb.

"Azagroinvest-11" MMC-nin nümayəndələri 2 yük maşını ilə 37 kəsimlik atı qeyri-qanuni olaraq daşıyıblar. Rusiya Federasiyasının "Yaraq-Qazmalar" beynəlxalq sərhəd-buraxılış məntəqəsində yükün dövlət baytarlıq nəzarəti altında yoxlanılması zamanı müəyyən edilib ki, heyvanların daşınması BFNFX-nin Rusiya ərazisindən tranzitə icazəsi olmadan həyata keçirilib", - deyə məlumatda bildirilir.

BFNFX-nin Dağıstan Respublikası üzrə mətbuat xidməti xatırladır ki, Federal Xidmətin göstərişi ilə hazırda Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyasına heyvan və heyvandarlıq məhsulları idxalına və tranzitinə qadağa qoyulub.

Qeyd edilir ki, "qadağan qonşu dövlətdə mövcud epizootik vəziyyətlə əlaqədar tətbiq edilib və çatdırılması təhlükəli heyvan xəstəliklərinin patogenlərinin baş qaldırması riski ilə əlaqəli olan müəyyən mallara tətbiq edilir".

Təftiş nəticəsində atlar Azərbaycana geri qaytarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.