Cəmiyyət

Uşaqların səbirsizliklə gözlədikləri 1 həftəlik tətil başladı - VİDEO

20 Mart 2018 21:11
0 Şərh     Baxış: 1 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayram günlərində uşaqların asudə vaxtlarını necə keçirməlidir ? Pedaqoqlar tövsiyyə edir ki, bu günlər ərzində uşaqlar yaxşı istirahət etməlidir ki, məktəbə zehni yorğun şəkildə getməsinlər. Uşaqlar üçün teatrlar da bir birindən maraqlı bayram proqramları hazırlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, uşaqların səbirsizliklə gözlədikləri 1 həftəlik tətil başladı. Pedaqoqlar bildirir ki, tətil günləri uşaqlar yaxşı istirahət etməlidirlər ki, məktəbə zehni yorğun, aqressiv bir şəkildə getməsinlər. Valideyinlər uşaqları dərslərlərlə yükləməməlidirlər.

Bəzi valideynlər uşaqların bu günlərini maraqlı keçirmələri üçün bir həftəlik proqramlarını artıq müəyyənləşdiriblər.

Pedaqoq Almaz Həsrət hesab edir ki, tətil günlərində uşqaların asudə vaxtlarını səməmərəli keçirmələri üçün valideyn nəzarəti olmalıdır.

Qeyd edək ki, bayram günlərində uşaqların vaxtlarını səmərəli keçirmələri üçün mədəniyyət ocaqları Novruz bayramı ilə əlaqədar şənlik proqramları təşkil edib. Bu il də Novruz bayramı günlərində teatrlar uşaqları maraqlı və mövzu baxımından rəngarəng tamaşalarla sevindirəcək.

Milli.Az

Нажмите на видео для просмотра:
Uşaqların səbirsizliklə gözlədikləri 1 həftəlik tətil başladı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.