Cəmiyyət

"Lotu Quli" böyüyəndə kim olmaq istəyirdi?

20 Mart 2018 18:06
9 Şərh     Baxış: 4 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deyirlər ki, şagirdlər orta məktəb dövründən böyüklərin təsirindən gələcəkdə hansı peşəyə yiyələnəcəklərini dilə gətirirlər. Bunlardan, kosmonavt, məşhur idmançı olacaqlarını əminliklə deyənlər də var.

Milli.Az bax.tv-yə istinadən bildirir ki, orta məktəbin yuxarı siniflərində artıq hər kəs özü gücünə, bilik səviyyəsinə uyğun ixtisaslar seçir. Qulinin erkən uşaqlıq arzusunun nə olduğu bilinməsə də, yeniyetməlik arzusunun "qanuni oğru" olması artıq şübhə doğurmur. Bunu, onu çoxdan tanıyanlar da təsdiq edir. Quli kriminal həyata çox erkən yaşlarında, təxminən 15 yaşında olanda meyl edib, necə deyərlər, öz gələcəyini bu mühitdə görüb.

Deyilənə görə, o, yeniyetmə olanda "Nadir, böyüyəndə nəçi olacaqsan?"-deyə sual verənlərə, onun valideynləri yarızarafat-yarıgerçək "oğlumuz böyüyəndə" "vor" olacaq" deyirmişlər. Quli elə o vaxtlardan, yəni 15-16 yaşından kriminal aləmə atılıb.

Yeni başlayan canilər kimi, ilk cinayət təcrübələri uğurlu alınıb, yəni "ilişməyib. O, 23-24 il öncədən başlayaraq dəfələrlə kəsişmə, toqquşma məqamlarında bu sözü işlədib: "Mən Quliyəm". Onun bu ifadəsi rəqiblərinə münasibətdə hədə və xəbərdarlıq, dostlarına, yaxınlarına münasibətdə isə güvənc səciyyəsi daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.