Cəmiyyət

İsveçrədə "Axınla aşağı" Azərbaycan filmi nümayiş olunub - FOTO

20 Mart 2018 17:00
0 Şərh     Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Bazel şəhərində Asif Rustəmovun "Axınla aşağı" filmi nümayiş olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, filmin nümayişi İsveçrədə Azərbaycanın Dostları Birliyinin təşəbbüsü ilə "Cinema Querfeld" festivalı çərçivəsində baş tutub.

İsveçrədə Azərbaycanın Dostları Birliyinin sədri Arzu Əliyeva "Report"un yerli bürosuna bildirib ki, artıq 5 ildir Azərbaycan filmləri "Cinema Querfeld" festivalı çərçivəsində nümayiş olunur: "Filmlərimiz Azərbaycan dilində alman subtitrı (alt yazı) ilə nümayiş etdirilir. Üç il bundan əvvəl 25 inteqrasiya layihəsi içərisində bizim nümayiş etdirdiyimiz film ikinci yerə layiq görülüb. Biz bu filmləri nümayiş etdirməklə kifayətlənmirik, bu tədbir Azərbaycan mədəniyyətini isveçrəlilər arasında yaxından tanıtdırmaq üçün əsl fürsətdir. Biz bu zaman tamaşaçılara Azərbaycanla bağlı dolğun məlumatlar veririk və Azərbaycan həqiqətlərini insanlarla birbaşa ünsiyyətimiz sayəsində onlara çatdırırıq. Biz "Nabat" filmini nümayiş etdirdiyimiz zamanı Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi vəziyyət barədə tamaşaçılara ətraflı məlumat vermişik".

Qeyd edək ki, "Cinema Querfeld" festivalı İsveçrənin Bazel Kantonunda fəaliyyət göstərən diaspor təşkilatlarının birgə səyi və təşkilatçılığı ilə könüllülük meyarları əsasında yaradılıb və 13 ildir böyük maraqla izlənilir. Son illər ərzində Azərbaycan filmlərindən Mikayıl Mikayılovun rejissoru olduğu, musiqisi Salman Qəmbərov tərəfindən bəstələnmiş "Lətif", Elçin Musaoğlunun "Nabat" filmi, İmam Həsənovun "Müqəddəs İnək" sənədli filmi "Cinema Querfeld" festivalı çərçivəsində nümayiş etdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.