Cəmiyyət

Tovuzda yaralı aparan təcili tibbi yardım maşını qəzaya uğrayıb - YENİLƏNİB - FOTO

20 Mart 2018 17:26
0 Şərh     Baxış: 2 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:26

Tovuzda sərnişin avtobusunun minik avtomobili və təcili yardım avtomobilinin "VA3 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, baş verən qəzalarda rayonun Düz Cırdaxan kəndinin sakinləri - 1954-cü il təvəllüdlü Məmmədov Aqşin Nurəddin oğlu və 1980-ci il təvəllüdlü Qəribov Seymur Sadəddin oğlu, o cümlədən 1961-ci il təvəllüdlü Abulbəyli kənd  sakini  Nağıyev Qüdrət Həsən oğlu xəsarət alıblar.

Hər 3 yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada yüngül xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsünə də ilkin tibbi yardım göstərilib

15:44

Tovuzda avtobusla minik maşının toqquşması nəticəsində yaralını xəstəxanaya gətirən təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Cırdaxan kənd ərazisində baş vermiş qəza zamanı xəsarət alan şəxsi xəstəxanaya çatdırmaq istəyən Səhiyyə Nazirliyinə məxsus "Mersedes " markalı təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Belə ki, avtomobil başqa bir maşınla toqquşub. İlkin məlumatlara görə, xəsarət alanlar olmasada avtomobillə ciddi ziyan dəyib. Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb. Hazırda əraziyə başqa təcili yardım biriqadaları da cəlb olunub.

15:08

ovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,qəza Bakı-Qazax avtomobil yolunun Tovuz rayonun Cırdaxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan var.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.