Cəmiyyət

Azərbaycan rəqsləri Avropanı fəth etdi - FOTO

20 Mart 2018 15:31
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada keçirilən ənənəvi ( folklor ) rəqs üzrə Avropa Çempionatı 53 ölkədən iştirakçıları toplayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 5 mindən çox iştirakçı münsiflər heyətinə və tamaşaçılara  kompozisiyalar təqdim edib. Azərbaycan üç yaş kateqoriyasında və dörd nominasiyada kollektivləri təmsil olunub. Uşaqlar və yeniyetmələr üzrə №5 saylı Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin "Zirvə" ansamblı, yuvenallar və uşaqlar yaş kateqoriyasında "Jam SS" ansamblı yarışa qatıldılar. Üç günlük mübarizənin nəticələrinə görə, Azərbaycanın mükafat qutusuna ikinci və üçüncü yerlər əlavə olundu.

2 yer - Hüseyinli Nuray, Quluzadə Ayla ( "Nəlbəki" rəqsi ) - "Zirvə" rəqs ansamblı.
2 yer - Jam SS -  kiçik yaş qrupu -  yuvenallar ("Qaval" rəqsi).
3 yer - Məmmədova Nərgiz, Zeynalov Rasim ( məzəli rəqs "Ay xanım" ) - "Zirvə" rəqs ansamblı.
Avropa Çempionatının hakimlik xəttində Azərbaycanı Azərbaycan Gənclər İttifaqının sədir  müavini, Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov təmsil edib.

"Azərbaycan Rəqs Assosiasiyasının rəhbərliyi Tamilla Əliyevaya, Natavan Musayevaya və Natella Həsənovaya uğurlu və səmərəli işlərinə görə təşəkkür edir. İştirakçıları təbrik edirik və ümüd edirik ki, onlar Azərbaycan bayrağını daima yüksəklərə qaldıracaqlar", - Ə.Əzizov deyib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.