Cəmiyyət

Kvadrokopter uşaqların oyunu zamanı ermənilərin əlinə keçib - Müdafiə Nazirliyi

20 Mart 2018 10:17
1 Şərh     Baxış: 2 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erməni mətbuatında yayılan fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata əsasən, Ermənistan mətbuatı dünən təmas xəttində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu barədə məlumat və fotoşəkil yayıb.

Müdafiə Nazirliyi isə bildirir ki, həmin kvadrokopter yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib.

Erməni mətbuatında yayılna fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur: "Yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.