Cəmiyyət

Bayram günü qəzada öldülər - YENİLƏNİB - VİDEO - FOTO

20 Mart 2018 12:07
1 Şərh     Baxış: 2 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:07

Şəkidə ölümlə nəticələnən ağır qəza oldu.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə Aşağı Küncüt kəndində qeydə alınıb.

Şəki rayonu Kiçik Dəhnə kənd sakini 35 yaşlı Mustafayev Allahverdi Vilya oğlunun idarə etdiyi 10-BP-018 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 4 sərnişindən ikisi, Kiçik Dəhnə kənd sakinləri, Adıgözəlov Adəm Şahruz oğlu və Həşimov Murad Zaman oğlu hadisə yerində dünyasını dəyişib. Avtomobildə sıxılı vəziyyətdə qalmış cəsədləri Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri çıxarıb, aidiyyatı üzrə təhvil verib. Sürücü və avtomobildə olan digər iki şəxs, 52 yaşlı Adamov Laçın Rəsul oğlu, 29 yaşlı Cəmilov Pərviz Rizvan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
Bayram günü qəzada öldülər

08:27

Şəkidə ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Şəki şəhəri, Aşağı Küngüt kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.