Cəmiyyət

Ev tikmək istəyənlərin nəzərinə - VİDEO

19 Mart 2018 22:08
3 Şərh     Baxış: 4 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddətdir ki, durğunluq yaşanan torpaq bazarında yenidən canlanma artıb. Bu aktivlik öz növbəsində qiymətlərdən də yan keçməyib.

Milli.Az bildirir ki, əmlak ekspertlərinin sözlərinə görə, son 2 ayıdır torpaq sahələrinin alınmasına maraq artıb və qiymətlər yanvar ayından etibarən 7 faizə qədər bahalaşıb.

Ekspertin sözlərinə görə, ən çox bahalaşma Səbail və Nərimanov, ən az isə Binəqədi və Suraxanıda müşahidə edilir.

Ekspertin bildirdiyinə görə, torpaq bazarında aktivliyin artmasının digər bir səbəbi də, Bakıətrafı rayonlarda istixana və kiçik ferma təsərüffatlarına marağın artmasıdı.

Torpaq bazarında qiymət fərqi yaradan digər bir amil isə əmlakın çıxarışının olub olmamasıdır. Çıxarışı olan torpaqlara tələbat çox olduğundan onların qiymətində digərlərinə nisbətən 10 faiz fərq olur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ev tikmək istəyənlərin nəzərinə - 19.03.2018

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.