Cəmiyyət

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinə qoşulma sayı 4 milyona çatıb

19 Mart 2018 20:22
0 Şərh     Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Telefon Rabitəsi" MMC-nin pulsuz "Wi-Fi" şəbəkəsinə 1 il ərzində qoşulma sayı 4 milyona çatıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

"İctimai Wi-Fi" layihəsi çərçivəsində simsiz şəbəkənin əhatəsinin genişləndirilməsi işləri 2017-ci ilin martından başlayıb.

Bakı şəhəri üzrə 18 məkan ictimai şəbəkəyə qoşulub.

Qeyd edək ki, pulsuz "Wi-Fi" şəbəkəsi Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı, "Ağ şəhər" parkı, "Sahil" bağı, "Sabir" bağı, "Xaqani" bağı, "Axundov" bağı, "Zabitlər" parkı, "Qış" parkı,"Hüseyn Cavid" bağı, "Səməd Vurğun" bağı, "Muğan" bağı, "Fashion Avenue", "Dədə Qorqud" parkı, "İzmir" parkı və "Nərimanov" parkında fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.