Cəmiyyət

Cocuq Mərcanlıda birinci ödəniş terminalı quraşdırılır

19 Mart 2018 20:00
0 Şərh     Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komtec" şirkəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birinci "MilliÖN" ödəniş terminalını quraşdırır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, terminalın istifadəyə verilməsi martın 20-də baş tutacaq:

"Bu, kənddə quraşdırılan birinci ödəniş terminalı olacaq və əhalinin kommunal və digər ödənişlərini asanlaşdıracaq. Gələcəkdə bu terminalların sayının artırılacağı istisna olunmur".

Qeyd edək ki, "MilliÖN" şəbəkəsi ictimai yerlərdə (biznes mərkəzləri, vağzal və hava limanlarının gözləmə zalları, ticarət mərkəzləri) quraşdırılan beş minə yaxın terminaldan ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.