Cəmiyyət

Bakıda sərnişin avtobusu 60 yaşlı qadını vuraraq öldürüb

19 Mart 2018 08:20
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda, Bakı-Şamaxı yolunda qeydə alınıb.

Belə ki, 114 saylı marşrut avtobusunun Aslan adlı sürücüsü yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən Baki şəhər sakini, 1958-ci il təvəllüdlü Kərimova Bibixanim Əlislam qızını vurub. Nəticədə o, ağır xəsarət alıb.

Yaralı qəzanı törədən sürücü tərəfindən avtobusla 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.