Cəmiyyət

Evimizi dizayn etdirmək bizə neçəyə başa gələr? - VİDEO

18 Mart 2018 21:13
210 Şərh     Baxış: 6 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanların yaz gələndə mənzillərini təmir etdirməsi demək olar ki, ənənə halını alıb. Elə insanlar var ki, mənzillərinin təmir və dizaynlarını fərdi ustalara həvalə edirlər. Son zamanlar isə təmir dizayn sahəsində ixtisaslaşan şirkətlərə müraciət edənlərin sayı çoxalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mənzillərin təmir və dizaynını bu sahədə ixtisaslaşan şirkətlərə etibar edən insanların sayı çoxalıb. Təmir-dizayn işləri üzrə mütəxəssis Samir Umudov deyir ki, insanların bu baxımdan ixtisaslaşmış mərkəzlərə müraciət etməsinin səbəbi mənzillərinin təmirdən sonrakı vəziyyətini əvvəlcədən görə bilmək imkanıdır.

Müraciətdən sonra şirkət tərəfindən mənzilə baxış keçirilir. Otaqların hansı təyinatla istifadə ediləcəyi öyrənilir və ölçü işləri aparılır. Ölçmə işləri dizayna uyğun mebellərin seçilməsi üçün nəzərdə tutulub.

Samir Umudovun sözlərinə görə, əgər sifarişçi hansısa detalı bəyənməsə o zaman layihədə dəyişiklik etmək olar. Mütəxəssis deyir ki, nəzərdə tutulmuş dizayna sonradan hansısa dəyişiklik etmək tövsiyə edilmir. Çünki hər bir otaq öz ruhuna uyğun şəkildə dizayn edilir. Son dövlər müasir klassika üslubuna üstünlük verənlərin sayı artıb.

50 kvadratmetrlik mənzilin təmir dizaynı orta hesabla 10 min manata başa gəlir. Qiymət istifadə edilən materiallardan asılı olaraq dəyişə bilər. Əmlak məsələləri üzrə ekspert İslah Kərimov deyir ki, dizaynın xüsusi mərkəzlər tərəfindən edilməsi zövq baxımından müsbətdir. Bundan əlavə hüquqi münasibətlərin yaranması ev sahibi üçün əlavə üstünlük yaradır.

Müqavilədə dizayn və təmirin bütün detalları qeyd edildiyindən müştəridə arxayınlıq yaranır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Evimizi dizayn etdirmək bizə neçəyə başa gələr?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.